AnalitikaGündəm

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.” – Ulu Öndər Heydər Əliyev.

Dövlət bayrağının təsviri Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi, həmçinin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunu ilə tənzimlənir:

Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir.Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənmişdir.

Bayrağımızın  yaranma  tarixi  XIX  əsrin  əvvəllərinə  təsadüf  edir. Bu  bayraq  1918-1920-ci illərdə yetişdirilmiş vəziyyətdə olan Azərbaycan Xalq Cümhuriyyəti dövründən  milli  dövlətçilik atributlarından biridir. 1918-ci il noyabrın 9-da Azərbaycan  Xalq  Cümhuriyyəti İdarə Heyətinin rəhbəri Fətəli Xan Xoyskinin məruzəsi ilə bağlı qərar qəbul edildi. Milli bayrağımız ilk dəfə həmin gün Bakıda Azərbaycan  Xalq  Cümhuriyyətinin  binasında  qaldırılıb.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı və 1920-ci il iri dövlətlərin mənfur planları nəticəsində süqut etdi. 70 il Azərbaycan xalqı doğma və əziz bayrağından zorla ayrı salındı. Lakin bu 70 il ərzində xalqın üçrəngli bayrağına sevgi və məhəbbəti az da olsa tükənmədi. Əksinə, millətimiz bu bayrağın nə vaxtsa yenə də vətənimizin, doğma Azərbaycanımızın başı üzərində yüksək məğrurluqla dalğalanacağı ümidi ilə yaşadı. Onun uğrunda diktator Sovetin möhkəm dayanmasına baxmayaraq, əzmlə, təmkin və qeyrətlə mübarizə apardı. Əzm və şücaət göstərdi, nəhayət, o gün çatdı. 1990-cı il noyabrın 7-də üçrəngli bayrağımız Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edildi.. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın dövlət bayrağı kimi seçilmək haqqında Konstitusiya Qanununu qəbul etdi.

İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli himni , milli dövlət bayrağı, milli gerbi var. Azərbaycanın dövlət bayrağı bütün  beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır. Biz öz bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu bayraq bizim dövlətimizə, millətimizə olan sevgi, məhəbbətin rəmzidir.

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzalayıb. Onu da qeyd edim ki, Dövlət Bayrağı Meydanı hər dövlətdə yoxdur. Dövlət Bayrağı Meydanının yaradılmasının özü bayrağa xüsusi bir münasibətin ifadəsidir. Yəni, meydanda insanlar gəzir, öz asudə vaxtlarını keçirir, qonaqlar gələndə həmin meydanı ziyarət edirlər və bu da insanların yaddaşına bayrağın əbədi həkk olunmasına, insanlara milli dövlətçilik şüurunun aşılanmasına xüsusi stimul verir. Təməli 2007-ci ilin dekabrında qoyulan Meydan üçün seçilmiş yerdə dalğalanan üçrəngli əzəmətli Dövlət Bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsi də ayrıca bir xüsusi önəm daşımaqdadır.

Fəridə Seyidbəyli,
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Oxşar Xəbərlər

Back to top button