AnalitikaGündəm

Azərbaycan Türk dövləti ilə əməkdaşlığa böyük önəm verir

Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla inkişaf edir. Çoxsaylı qarşılıqlı səfərlər, iqtisadi, mədəni, enerji, nəqliyyat və digər sahələrdə həyata keçirilən layihələr və atılan addımlar türk dövlətlərinin əlaqələrini daha da möhkəmləndirir. Azərbaycanın öz torpaqlarını işğaldan azad edib, suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi Türk dövlətləri tərəfindən böyük sevinclə qarşılandı. İşğaldan azad edilmiş torpaqlarda nəqliyyat infrastrukturunun yenidən qurulmasında Türkiyə şirkətləri böyük layihələrlə çıxış edirlər. Eyni zamanda Özbəkistan və Qazaxıstan dövlətləri tərəfindən məktəb və incəsənət mərkəzi tikilib Azərbaycana hədiyyə edilmişdir. Qırğızıstan Ağdam rayonunda, Macarıstan isə Cəbrayılda öz vəsaitləri hesabına məktəb inşa etdirəcək. İşğaldan azad edilmiş ərazilərdə Türk dünyası birlik, qardaşlıq nümayiş etdirir. Türk dövlətləri coğrafi cəhətdən böyük bir ərazini əhatə edir və böyük potensiala malikdir. Digər tərəfdən dövlətlərimizin ərazisində zəngin təbii sərvətlər var və demoqrafik vəziyyət çox müsbətdir. Bütün bu potensialların birləşməsi Türk dünyasını dünya miqyasında böyük gücə çevirəcək..Azərbaycanın COP29-a ev sahibliyi etməsi, şübhəsiz ki, ölkəmiz üçün  2024-cü ilin ən mühüm hadisəsi olacaq. Bunu, eyni zamanda, respublikamızın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək mümkündür. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişmələr yaratmaq məqsədi daşıyan ölkələr üçün nümunə olmaq istəyidir, eyni zamanda, gələcək nəsillər üçün daha “yaşıl” və sağlam gələcəyin qurulması istiqamətində öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. Ölkəmiz “yaşıl enerji” iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də təsdiqləyir. Belə ki, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Yeni qlobal çağırışların yarandığı indiki mərhələdə enerji transformasiyası Azərbaycanın da gündəliyində dayanan vacib məsələlər sırasında yer alır. Karbohidrogen resursları ilə zəngin olan respublikamız da elektrik enerjisi istehsalında “yaşıl enerji”nin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, respublikamız bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27000 MVt həcmində qiymətləndirilir. Qeyd edək ki, son illərdə respublikamızda külək enerjisi istehsalı 131 dəfə, günəş enerjisi istehsalı isə 55 dəfə artıb. Ölkəmiz növbəti illərdə bərpaolunan enerjinin ümumi istehlakda payını artırmaq niyyətindədir. Bu sahədə 2030-cu ilədək qarşıya qoyulan hədəf bərpaolunan enerjinin ümumi istehlakda payının 30 faizdən çox artırılmasına nail olmaqdan ibarətdir.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button