Azərbaycan daim malik olduğu təbii resurslara, eyni zamanda, yerləşdiyi coğrafi məkana görə dünyanın diqqətində olan ölkədir
Azərbaycan ilə dünya ölkələri arasında 30 il öncə başlanmış enerji sahəsindəki əməkdaşlıq ötən müddət ərzində enerji təhlükəsizliyi sektoruna böyük töhfələr bəxs edib. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycanda ümumi transformasiya proseslərinə start verildi ki, artıq bu gün Azərbaycan özünü etibarlı tərəfdaş, təchizatçı kimi sübut edib.
Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyi prosesində aktiv iştirak edir: “Hazırda Avropanın səkkiz ölkəsi Azərbaycandan qaz alır. Təsadüfi də deyil ki, Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırıb. Bütövlükdə isə Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut edib. Ona görədir ki, Azərbaycanın Avropa istiqamətində qaz təchizatı coğrafiyası genişlənəcək və hazırda enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycanın təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə də danışıqların aktiv fazası gedir.
Azərbaycanın enerji sektoru, ölkənin iqtisadi inkişafında mühüm rol oynayır. Lakin bu inkişafın davamlı və ekoloji cəhətdən təhlükəsiz olması vacibdir. Bakı Enerji Həftəsi davamlı inkişaf məqsədlərinə nail olmaq üçün enerji sektorunda hansı addımların atılmalı olduğunu müzakirə etmək və strateji planlar hazırlamaq üçün vacib bir platformadır. Bu tədbir ekoloji problemlərin həlli və enerji təchizatının diversifikasiyası istiqamətində atılan addımları təşviq edir.
Nəticədə bu tədbir Azərbaycanın enerji sektorunun inkişafı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və davamlı inkişaf məqsədlərinə nail olunması üçün mühüm əhəmiyyət kəsb edən bir tədbirdir. Bu həftə ərzində keçirilən tədbirlər, ölkənin enerji potensialının geniş auditoriyaya çatdırılmasına, yeni texnologiyaların və innovativ həllərin tətbiqinə və xarici investisiyaların cəlb edilməsinə imkan yaradır.
Həsənova Səbinə,
YAP-ın fəalı