Dünya

6 ölkə lideri İsrailə dəstəyini bildirib

ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, eləcə də İtaliyanın Prezident və Baş nazirləri İsrail və HƏMAS arasındakı müharibədə son vəziyyəti müzakirə ediblər.

ƏsasXəbər “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ağ Ev sözügedən danışıqların yekununa dair bəyanat yayıb.

Bəyanatda bildirilir ki, 6 ölkə lideri növbəti dəfə İsrailə və onun terrordan özünümüdafiə hüququna öz dəstəyini ifadə edib. Bununla belə, tərəflər mülki əhalinin müdafiəsi də daxil olmaqla, beynəlxalq humanitar hüquqa riayət edilməsinə çağırış ediblər.

Bununla yanaşı, Qərb ölkələrinin liderləri HƏMAS tərəfindən iki girovun sərbəst buraxılmasını alqışlayıblar.

Oxşar Xəbərlər

Back to top button