Analitika

27 Sentyabr-Anım Günü həm də zəfər və iftixar günü kimi də qeyd edilir

2020-ci il sentyabrın 27-də  Ermənistan Respublikasının ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

44-gün davam edən Vətən müharibəsi, hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazaraq şəhidlərimizin qisası alındıq. Əlbəttə, bu 44 günlük qısa bir zaman da, Azərbaycanın şanlı tarixini yazdı. XXI- əsrin müharibəsini aparan Azərbaycan hərbi gücünü, qürətini dünyaya sübut etdi. 44 günlük müharibə zamanında Azərbaycan uğurlu əməliyyat keçirərək 30 ilə yaxın işğal altında qalmış torpaqlarını erməni təcavüzkarlarından azad etdi. Xalqımız bu 44 günün hər bir dəqiqəsini, saatını qələbə sorağı ilə böyük həyəcan və səbirsizliklə gözləyirdi. 44 gündə hər gün gələn yeni xəbərləri eşidərək , ordumuz düşmənə endirdiyi zərbələrin nəticəsində, qısa bir tarixdə bizə qələbə sevincini bəxş etdi.

Qələbə qazanmağımızın başlıca səsbəblərindən biri də sözsüz ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun Vətənə məhəbbəti və xalqımızın “dəmir yumruq” kimi Ali Baş Komandanın ətrafında birləsməsinin nəticəsi idi.

Qeyd etmək istərdim ki, Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən, təxribatlara əl ataraq, günahsız mülki insanları da hədəfə almaqla müharibə cinayətləri də törətmişdir.

Bu gün Azərbaycan xalqı ilə yanaşı bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. Küçə, prospekt və meydanlarda, evlərin balkonlarında üçrəngli bayrağımız dalğalanır. Hər kəs Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxuyurlar. Eyni zamanda Ölkəmizdə Anım Gününü həm də zəfər və iftixar günü kimi  də qeyd edirlər.

Bundan sonra da biz qalib ölkə, qalib xalq olaraq yaşayacağıq. Azad edilmiş torpaqları qurub bərpa edəcəyik. Xalqımız, hər zaman olduğu kimi daim 27-sentyabr Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına şanlı zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini uca tutacaqdır!

Tünzalə Əliyeva,
YAP nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button