Analitika

Azərbaycan hər zaman sülhün tərəfdarıdır

Azərbaycan xalqı tarix boyu əzəli Vətən  torpaqlarını qorumaq üçün mərdliklə vuruşub, qanları və canları bahasına öncə müstəqilliyimizi qurmağa, daha sonra isə onu qorumağa çalışıb. Bu zaman ərzində soyqırımlara məruz qalmışıq, müəyyən dövrlərdə müstəqilliyimiz əlimizdən alınıb, həyatın hər sahəsində xalqımıza məhdudiyyətlər tədbiq edilib. Lakin bunların heç biri millətimizin mübarizə əzmini qırmayıb.

Azərbaycan Vətən müharibəsindən sonra yaratdığı yeni şərait yeni reallıq, bölgədə davamlı, dayanıqlı sülh prosesinin formalaşması üçün bir zəmin yaratdığını göstərirdi. Lakin davamlı olaraq Ermənistan və Ermənistanın təhriki ilə, onların Qərbdəki havadarlarının təhriki ilə separatçılar sülh prosesinə davamlı şəkildə davamlı şəkildə maneçilik törədirdilər. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur, ya da ki, ağır yaralanmışdır.

Ermənistanın Azərbaycan ərazisində olan birləşmələrinin, separatçı rejimin qanunsuz quldur dəstələrinin, təxribat diversiya qrup dəstələri Azərbaycan ərazisində növbəti terror aktı törətdi və nəticədə bizim polislərimiz və əməkdaşlar minaya düşərək Şəhid oldu.

Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar.

Baş verən bütün bu hadisələr onu göstərir ki, biz Vətən müharibəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrini özümüzün hərbi _siyasi gücümüz hesabına həll etdik və 10 noyabr Bəyanatının xüsusi ilə 4.cü bəndini erməni silahlı qüvvələrinin, birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasını özümüz öz gücümüzə etməliyik. Bu işlər çox uğurla aparılır Azərbaycan yalnız öz ərazisində separatçı birləşmələrinin mövcud olduğu ərazidə antiterror əməliyyatları həyata keçirir. Xüsusi ehtiyatla ancaq hərbi mövqelər, hərbi istinadlar məhv edilir və mülki şəxslərə heç bir zərər verilmir.

Biz çoxsaylı müraciətlər ilə Qarabağdakı erməni əsilli vətəndaşlara müraciət etmişik.

Əməliyyat başlamazdan əvvəl Müzəffər Ali Baş Komandanımıztərəfindən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir.

Leyla Fətəliyeva,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button