Analitika

Azərbaycan Ordusunun Qarabağ bölgəsində antiterror əməliyyatının başlamasının zəruruiliyi

Artıq bir neçə aydır ki, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı silahlardan atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi eyni zamanda səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdur. İkinci Qarabağ müharibəsindən sonra qondarma rejimin atdığı addımlar bölgədə gərginliyin artmasına səbəb olub. Həmin qondarma rejim son zamanlar Azərbaycan ordusunun mövqelərinə yaxınlaşmaq, öz mövqelərini möhkəmləndirmək üçün səngərlər qazmaq, müxtəlif istehkam fəaliyyətləri, silsilə təxribatlar etməkdədirlər. Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələri son bir neçə ayda Azərbaycan ordusunun mövqelərini sistemli şəkildə atəşə tutmaqda və əkin sahələrinə mina basdırmaqda davam edirdilər. Vətən müharibəsinin bitməsindən ötən 3 illik dövr ərzində Ermənistan dəfələrlə bu kimi təxribatlara əl atıb və lazımi cavabı alıb. Qarabağda erməni silahlı birləşmələrinin tez–tez atəşkəsi pozması artıq Azərbaycanın səbr kasasını doldurdu. Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində düşmən təslim olmağa məcbur oldu.

Təsadüfi deyil ki, Azərbaycan 30 ilə yaxın müddətdə beynəlxalq qanunu bərpa etmək üçün usanmadan fəaliyyət göstərmişdir. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət və onun gördüyü işlər Azərbaycan üçün məhz bu gün düşmənə layiqi cavab vermək imkanını yaratmışdır. Bütün bu fəaliyyətlər Ermənistanın birgə bəyanatın şərtlərini pozaraq Azərbaycan ərazilərinə qarşı iddialardan əl çəkmədiyini və erməni silahlılarını, texnikalarını Azərbaycan ərazilərindən çıxarmaq niyyətində olmadıqlarını, əksinə onlardan istifadə etməklə Azərbaycan ordusunun şəxsi heyətinin və ərazidə bərpa-quruculuq işləri ilə məşğul olan mülki vətəndaşların sağlamlığına ciddi təhlükələr yaratmaqda davam edirdilər. Bu qədər təxribat cavasız qala bilməzdi və antiterror tədbirləri nəticəsində Azərbaycan öz istəyinə çatdı. Ermənistanın növbəti məğlubiyyəti baş tutdu. Bu da onu göstərdi ki, Qarabağda antiterror əməliyyatının keçirilməsi ilə Azərbaycan Ordusu əsgərimizin, polis əməkdaşlarımızın və mülki vətəndaşların qisasını yerdə qoymadı!

Tünzalə Əliyeva ,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button